Kənd təsərrüfatı məhsullarının həcmi artıb

12:40 16-10-2020 479

2019-cu ilin yanvar-sentyabr ayları ilә müqayisәdә cari ilin eyni dövründə kәnd tәsәrrüfatının ümumi mәhsulu 1,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bitkiçilik mәhsullarının istehsalı 0,1 faiz, heyvandarlıq mәhsullarının istehsalı isә 3,1 faiz artıb.

Hazırda kәnd tәsәrrüfatı bitkilәrinin yığımı davam edir.

Keçәn ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-sentyabr aylarında diri çәkidә әt istehsalı 3,1 faiz artıb və 387,1 min ton olub. Süd istehsalı 1,8 faiz, yumurta istehsalı 5,9 faiz, yun istehsalı 0,4 faiz artıb.