Məhəmməd Salah niderlandlı komanda yoldaşına “Instagram”da dəstək oldu - FOTO

05:20 19-10-2020 753

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah dizindən əməliyyat olunacaq komanda yoldaşı Vircil van Dayka dəstək olub.

Futbolçu öz “Instagram” səhifəsində “Sənə sürətlə bərpa olunmağı arzu edirəm, böyük adam” yazaraq, niderlandlı müdafiəçinə dəstəyini ifadə edib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının beşinci turunda “Everton”la qarşılaşmada (2:2) rəqib qapıçı Cordan Pikfordla toqquşma zamanı xəsarət alan niderlandlı müdafiəçinin çarpaz bağları qırılıb.

Bu səbəbdən o, dizindən əməliyyat olunacaq.