Sabunçuda ikimərtəbəli evdə yanğın

09:20 19-10-2020 297

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 400 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 65 kvadrat metr sahədə və dam örtüyü 100 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan ev əşyaları 35 kvadrat metr sahədə və dam örtüyünün taxta atmaları 100 kvadrat metr sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.