Atlantik Okeanında batan gəminin bütün üzvləri xilas edilib

09:40 19-10-2020 396

ABŞ-ın Florida ştatının cənub-şərq sahillərində batan gəminin bütün üzvləri kruiz gəmisinin heyəti tərəfindən xilas edilib.

ABC telekanalı məlumat verir ki, köməksiz vəziyyətdə qalan gəmi heyəti arasında iki nəfər azyaşlı da olub.

Gəminin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.