Rusiyada keşişlərə koronavirusdan qorunmaq üçün xüsusi geyimlər verildi

04:40 20-10-2020 501

Rusiyanın Kuban regionunda keşişlər koronavirusdan müdafiə üçün xüsusi geyimlərlə təchiz olunublar.

Bu barədə “Lenta dna” “Telegram” kanalı xəbər yayıb.

Keşişlərə əlcəklər və maskalardan əlavə yeni Əhdi-Cədid və Zəbur (sinodal tərcümədə), xaç, xüsusi eynək, ayinlər üçün dəst, həmçinin kostyumun utilizasiyası üçün paket və əl üçün dezinfeksiya gelləri verilib.

Məlumata görə, onlar bu geyimdə xəstəxanalarda pasiyentləri ziyarət edəcəklər.