Moskvada restoran və dükanlarda identifikasiya sistemi tətbiq ediləcək

05:20 20-10-2020 325

Rusiyada Moskva meriyası oktyabrın 19-dan etibarən gecə klublarından əlavə restoranlara, qeyri-ərzaq mağazalarına və gözəllik salonlarında da şəxsiyyətini müəyyənləşdirmə sistemini qoşa bilər. Bunu Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk deyib.

Onun sözlərinə görə, müştərilərin qeydiyyatı üçün QR-kod sistemi effektivliyini göstərsə, digər sahələrdə də bundan istifadə etmək olar:

“Fikrimcə, bu, tamamilə qapanmağa bir növ alternativdir”, - deyə o bildirib.

Departament rəhbəri deyib ki, səlahiyyətlilər belə bir fürsət barədə iş adamları ilə danışmağa başlayıblar.

Qeyd edək ki, mer Serqey Sobyanin əyləncə mərkəzlərinə 00:00-dan 06:00-a kimi girişi ancaq telefon nömrələrinin qeydiyyatı ilə mümkün olması barədə əmr imzalayıb. Müəssisəyə giriş zamanı şəxs QR-kod skanından keçməli və ya müvafiq nömrəyə SMS yollamalıdır.

Biznesdə qaydaları pozanlar üçün cərimə 300 000 - 500 000 rubl (6 555 - 10 925 AZN) nəzərdə tutulub.