Məşhur strimmer canlı yayımda bloqçu qızı döydü - VİDEO

06:00 20-10-2020 1003

Gənclər arasında “Mellstroy” ləqəbi ilə tanınan məşhur rusiyalı strimmer Andrey Burim canlı yayımda qızı döyüb. Hadisə yüzlərlə insanın gözü qarşısında baş verib.

Bu barədə Life.ru kadrları yayımlayıb.

Bildirilir ki, videonun müəllifi strimi pozmaq istəsə də, kadrlar tezliklə bütün sosial şəbəkələrdə yayılıb.

Zərərçəkən bloqçu qız Alyona Yefremova Mellstroyu məhkəməyə verəcəyini bildirib. Onun sözlərinə görə, Burim qızın breketlərini qırıb, dodaqlarını partladıb. Qız, həmçinin, baş ağrılarından şikayət edib.