Moskvada kişi səs-küy salan uşaqlara atəş açdı

06:20 20-10-2020 350

Rusiya paytaxtında kişi uşaqlara pnevmatik silahdan atəş açıb.

Bu barədə REN TV xəbər yayıb.

Məlumata görə, dəfələrlə məhkumluq həyatı yaşayan 53 yaşlı kişi həyətdə səs-küy salan uşaqlara pəncərədən atəş açıb. Nəticədə 14 yaşlı yeniyetmə yaralanıb.

Kişi polislərə bildirib ki, havaya atəş açıb və kiminsə zərər çəkəcəyini düşünməyib.

Atəş açan şəxsə qarşı inzibati protokol hazırlanıb.