Bakıda avtomobil yük maşını ilə toqquşdu: Xəsarət alan var

09:40 20-10-2020 367

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt magistralında qeydə alınıb.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında hərəkətdə olan “Mercedes” markalı minik maşını yol kənarında dayanan “Foton” markalı avtomobilə çırpılıb.

Nəticədə avtomobildə bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.