Mərkəzi Bankın 200 milyon manat həcmində hərracı keçirilib

15:00 21-10-2020 466

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 200 milyon manat həcmində, 28 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata əsasən, hərrac zamanı 16 investor tərəfindən 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 898 milyon 682,6 min manat olub.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib.

Notların ödəmə tarixi 18 noyabr 2020-ci ildir.

Nigar Məmmədova