Rusiyada döyüş təyyarəsi qəzaya uğrayıb

16:20 21-10-2020 338

Rusiyanın Xabarovsk diyarında “Su-34” qırıcı-bombardımançı təyyarə qəzaya uğrayıb.

“RİA Novosti” bu barədə Rusiya Federasiyasının Şərq Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Pilotlar katapult ediblər. Onların sağlamlığına təhlükə yoxdur”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, təlim uçuşu zamanı təyyarədə döyüş sursatı olmayıb. Təyyarə yerə deyərək partlayıb və tamamilə yanıb.