Düşmən daha 62 hərbçisinin məhv olunduğunu etiraf etdi

17:40 21-10-2020 413

Ermənistan tərəfinin Azərbaycan Ordusunun əks-hücumu nəticəsində itkilərinin sayı açıqlanıb.

Aysor.am xəbər verir ki, Azərbaycan Ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 62 hərbçisini itirib.

Bununla da, düşmən 837 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.