Ermənistan rəhbərliyinin Rusiyaya xəyanət kursu - ŞƏRH

21:00 21-10-2020 421

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan siyasi kursunu tez-tez dəyişən siyasi rəhbər olduğunu bir daha təsdiqlədi. 

Qarabağ münaqişəsi başlayandan Rusiya prezidenti Vladimir Putinin ətəyindən yapışan, gecə-gündüz ona zəng edib Azərbaycanı hərbi əməliyyatları dayandırmaq üçün dilə tutmağa çalışan Paşinyan yenidən qeyri-adi rəhbər olmasını sübuta yetirib. 

O, artıq kömək umduğu Rusiyaya arxa çevirib. Belə ki, Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanı Belçikanın paytaxtı Brüsselə NATO çərçivəsində keçiriləcək görüşlərə göndərib.
Sarkisyan NATO-nun norveçli baş katibi Yens Stoltenberqlə görüşdə Ermənistanın KTMT-dan gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Bu isə Ermənistan Rusiyaya növbəti xəyanət nümunəsidir. Əsgər çatışmazlığı üzündən özünün Kosovodakı və Əfqanıstandakı sülhməramlı heyətini geri çəkən Ermənistan son vaxtlar Qərbə yaxınlıq etməsi ilə də xəyanətkar rəhbəri olduğunu göstərir.

Yaxınlarda Almaniya Bundestaqının deputatlarını qondarma respublikaya dəvət edən Ermənistan ondan əvvəl də Yunanıstandan kömək istəmişdi.  Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın Ermənistana səfəri bu iki ölkənin birləşərək Azərbaycan – Türkiyə müttəfiqliyinə əks cəbhə yaratmaq istəyini və bununla da bilavasitə Rusiyaya “əlcək” atmasını göstərir.

Ermənistan qərbyönümlü siyasət yürütməklə Avropaya inteqrasiya və Qərbin gözündə ölkənin əhəmiyyətini artırmağa səy göstərir. Lakin hələ ki Ermənistanın siyasi həmlələri heç bir fayda vermir. Əslində SOROS-dan maliyyələşən Nikol Paşinyanın bu həmlələri Rusiyadan olacaq köməyin də üzərindən birdəfəlik xətt çəkir.

Səbuhi Musayev