Aqil Məmmədov: “Dövlət-xalq-ordu birliyi bizi qələbəyə çatdıracaq” - FOTO

11:40 22-10-2020 475

Artıq bütün dünya ictimaiyyəti Azərbaycan xalqının haqq yolunda mübarizədə doğru yolda olduğunu qəbul edir.

Bu barədə Millət vəkili Aqil Məmmədov mediaya verdiyi açıqlamasında qeyd edib.

O bildirib ki, bu mübarizədə qəhrəman ordumuzla yanaşı bizim arxa cəbhədə fəaliyyət göstərən siyasətçilərimiz, ziyalılarımız da həmişə əsgərlərimizə ruh yüksəkliyi verməklə bizim öz torpaqlarımızda olduğumuzu, mənfur ermənilərin saxta, yalan məlumatlarla indiyə qədər dünya ictimaiyyətini aldatmasını sübut edirlər.

Bütün ziyalılarımızla yanaşı Kəlbəcər rayonundan seçilmiş, Milli Məclisin deputatı Aqil Məmmədov hazırda qızğın döyüşlərin getdiyi bölgələrdə olaraq qəhrəman əsgərlərimizlə görüşüb.

Cəbhənin müxtəlif istiqamətlərində düşməni işğal edilmiş torpaqlarımızdan geri ataraq, daha doğrusu cənab Prezidentimiz demişkən, murdar erməniləri it kimi qovaraq ərazilərimizi azad edən əsgərlərimizlə görüşlərdə millət vəkili Aqil Məmmədov Azərbaycan ordusunun bu gün tarixi bir missiya ilə yola çıxdığını bildirib.

O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan bu azadlıq savaşı ordumuzun mütləq qələbəsi, düşmənin iflası ilə nəticələnəcək:

“Cəmi bir həftədə Azərbaycan ordusunun cəbhədə qazandığı qələbələr bunu deməyə əsas verir. İnanırıq ki, bu qələbə marşı bizi bütün işğal edilmiş ərazilərimizə, o cümlədən, Kəlbəcərə qovuşduracaq”.

Millət vəkili A.Məmmədov son günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərimizin vida mərasimlərinə də qatılıb:

“Dövlət-xalq-ordu birliyi bizi qələbəyə çatdıracaq. O zaman bütün şəhidlərimizin ruhları rahatlıq tapacaq”.

Görüşlərdə millət vəkili tərəfindən əsgərlərimizə sovqatlar təqdim olunub.