Müdafiə Nazirliyinin rəsmisi: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir”

19:40 22-10-2020 498

“Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan - İran dövlət sərhədi tam nəzarətə götürülüb. Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir”.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir.