New York Times: Müharibənin kökləri. Ermənistan sərt danışanda Azərbaycan hərəkətə başladı - FOTO

20:00 28-10-2020 402

Analitiklər bildirirlər ki, Azərbaycan Dağlıq Qarabağdakı müharibənin əsas aparıcı qüvvəsi olsa da, vəziyyəti uçurumun kənarına gətirən Ermənistanın populist baş naziri oldu.

Bu barədə The New York Times-da dərc olunan məqalədə deyilir.

Materialın müəllifi Karlotta Qall yazır ki, Azərbaycan və Ermənistan liderləri münaqişəni qızışdırmamaq üçün Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələri təxirə salırdılar.

Ancaq bu bahar Ermənistanın populist Baş nazirinin bu ərazini Ermənistanın ayrılmaz bir parçası olduğunu elan etdikdən sonra nə dəyişdi?

1990-cı illərdə bölgəyə nəzarəti itirən azərbaycanlılar üçün baş nazir Nikol Paşinyanın açıqlaması partlayıcı effekt verdi.

Azərbaycanlılar daha çox qəzəbləndirən bu ifadənin azərbaycanlıların mədəni paytaxtı hesab etdikləri, lakin hazırda Ermənistanın işğalı altında olan şəhəri Şuşa şəhərində deyilməsi oldu.

“Danışıqlar prosesi tabutuna son mismarı Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır” ifadəsi ilə vurdu”, deyə Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev nəşrimizə verdiyi açıqlamada qeyd edib.

Məqalədə qeyd olunur ki, ötən ay Azərbaycan 28 il əvvəl işğal olunan və 800 min vətəndaşının öz doğma yurdlarından didərgin salındığı ərazilərini geri qaytarmağa qərar verdiyindən sonra iki ölkə total müharibəyə qayıdıb.

Döyüşlərin daha da genişlənməsi Türkiyəni Azərbaycanın tərəfində, Rusiyanı isə Ermənistanın tərəfində münaqişəyə cəlb etməklə təhdid edir.

Qoşunları irəlilədikcə Azərbaycan Prezidenti İlham Əliyev tempi azaltmağa cəhd etmir və bütün ölkə müharibə əhval ruhiyyəsi ilə yaşayır.

Ötən həftənin sonu Vaşinqtonun vasitəçiliyi ilə həyata keçirilən atəşkəs qüvvəyə mindiyi andan bir saat sonra pozuldu.

Müəllif qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının gətnamələrinə və 10 il əvvəlki danışıqlar zamanı razılaşdırılmış əsas prinsiplərə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərə çəkilməsini tələb edir.

Cəbhə xəttində Azərbaycan əsgərlərinin təlimləri

Son həftələr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqın döyüş ruhunu dəstəkləyən çıxışlarla milli televiziyada çıxış edib.

Lakin reallıqda bu tələblər yerinə yetirilmir və analitiklər bu il Ermənistanın Dağlıq Qarabağ və müharibə zamanı tutulan bitişik ərazilərə dair iddialarla bağlı daha birmənalı açıqlamalar verməyə başladığını söyləyirlər.

H. Hacıyev nəşrə verdiyi müsahibədə bildirib ki, N.Paşinyan 2018-ci ildə Ermənistanda hakimiyyətə gələndən sonra Azərbaycan danışıqlarda irəliləyişin olacağına ümid edirdi.

İki ölkə rəhbərinin ilk görüşündə keçmiş jurnalist, Ermənistanın baş naziri N.Paşinyan İ.Əliyevdən ona vaxt verməyi xahiş etmiş və Dağlıq Qarabağla bağlı yeni siyasət yürüdəcəyinə söz vermişdi.

Bu yeni siyasətin vaxtı gəlib çatmadı. Ekspertlərin sözlərinə görə, bu il gərginlik artdı, belə ki, Paşinyan və onun müdafiə naziri Dağlıq Qarabağla bağlı populist bəyanatlar verirdi, Şuşanı bölgənin “paytaxtı” etmək və “parlamenti” avqust ayında oraya köçürməyi planlaşdırdıqları barədə danışırdılar.

Bu addımlar son nəticədə ciddi səhvlərə səbəb ola bilər.

Bu barədə isə erməni mənşəli amerikalı tarixçi Jirayr Libaridyan danışıb.

“Mümkün olanlara diqqət yetirmək əvəzinə xəyallarımıza qapıldıq” deyə tarixçi sentyabr ayında yazmışdı.

Əksər müstəqil analitiklər Azərbaycanın müharibənin əsas hərəkətedici qüvvəsi hesab edir və bunun üçün böyük bir hücum hazırladığını iddia edirlər, lakin Paşinyan populist açıqlamaları ilə bütün “qırmızı xəttləri” aşdı.

“Carnegie Europe”nın baş tədqiqatçısı və Dağlıq Qarabağ haqqında “Qara bağ” kitabının müəllifi Tomas de Vaal, ermənilərin fitnəkar hərəkətlərdə rol aldıqlarını qeyd edib.

Ermənistan hökuməti Azərbaycanı planlı hücumlar təşkil etməkdə və müharibəyə gətirib çıxaran toqquşmalara təhrik etməkdə günahlandırdı və bəyan etdilər ki, məqsədləri yalnız özlərini müdafiə etməkdir.

Rusiya Ermənistanı dəstəkləməkdə həlledici rol oynadı. İlk münaqişədə Ermənistanı dəstəklədi, ölkədə iki hərbi baza saxladı və Ermənistana hər cür dəstək və avadanlıq verdi.

Tomas de Vaalın sözlərinə görə, hər iki ölkənin lideri 2009-cu ildəki davamlı olmayan atəşkəsdən sonra ehtiyatlı davranmağa başlayaraq hesab etdilər ki, sülh razılaşmasının tələb edəcəyi ərazi güzəştlərini riskə atmaqdansa, status-kvoya sadiq qalmaq siyasi cəhətdən daha təhlükəsizdir.

Bütün bu müddət ərzində İlham Əliyev öz səylərini Silahlı Qüvvələrin potensialının artırmağa, müasir silahların alınmasına və zabitlərin NATO tələblərinə uyğun olaraq Türkiyədə təlim keçməsi istiqamətinə yönəltdi.

Azərbaycan ordusunun 23 yaşlı əsgəri Anar İsaqlının ölümü ilə əlaqədar matəm mərasimi

Dostları və qohumları İsaqlının tabutunun Tərtər (Azərbaycan) yaxınlığında dəfn olunduğu yerə aparıldığını izləyirlər. Erməni hərbçiləri başqa bir cənazə mərasimini atəşə tutduqları üçün dəfn mərasiminə az adam qatılıb. 

Yeni silahlarla təmin edilmə istiqamətində səylər 2016-cı ildə öz bəhrəsini verdi, dörd gün davam edən döyüşlərdə Azərbaycan silahlı qüvvələri təmas xəttində yerləşən bir kəndi nəzarətə götürdülər.

Mövcud qarşıdurmaya səbəb olan qığılcım iyul ayında Azərbaycan üçün həyati əhəmiyyət daşıyan neft və qaz boru kəmərlərinin Gürcüstan və Türkiyənin də ərazisindən keçdiyi sərhəd şəhər Tovuz yaxınlığında baş verən qarşıdurmalar zamanı ortaya çıxdı.

73 yaşlı Səriyə Məhərrəmova, əhalinin intensiv atəşə tutulduğu Tərtər şəhərinin digər dörd sakini ilə birgə yeraltı bunkerdə.

Qoşunların təmas bölgəsində olan Tərtər, rayon uzun illər ərzində dəfələrlə hücumlara məruz qalıb.

Erməni əsgərlərinin Azərbaycana məxsus hərbi maşınını atəşə tutması ciddi atışmalara səbəb oldu və nəticədə bir neçə zabit daxil olmaqla ondan çox adamın ölümü ilə nəticələndi.

Öldürülən şəxslərdən biri – general-mayor Polad Həşimov tanınmış hərbçi idi və onun öldürülməsi emosiyaların artmasına səbəb oldu. Kiçik bir aksiya Bakının küçələrində addımlayan minlərlə insanın qatıldığı və Dağlıq Qarabağın, ölkənin ərazi bütövlüyünün bərpası tələbi ilə müşahidə olunan nümayişə çevrildi.

“İyul hadisələri tərpənişə səbəb oldu. Həm ictimai rəy, həm də gənclər bəyan edirdi: Yetər, hər şeyin bir həddi var”, deyə H. Hacıyev söylədi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tovuzdakı toqquşmanı Azərbaycan üçün strateji bir təhlükə kimi qiymətləndirdi və dərhal hərbiçiləri və təyyarələri iki həftəlik Azərbaycan hərbçiləri ilə birgə təlimə göndərdi.

Avqust ayında Azərbaycan hökuməti təmas xəttini keçməyə çalışan erməni hərbçilərinin saxladığını elan etdi.

“Biz başa düşdük ki, hansısa təhlükə yaxınlaşır”, deyə H.Hacıyev söylədi.

Azərbaycanın Bərdə şəhərindəki məktəb döyüşlər nəticəsində didərgin düşmüş insanlar üçün sığınacağa çevrilib.

İllərdir davam edən qarşılıqlı top atəşlərindən  sonra hər iki tərəf sentyabr ayına qədər yeni hücumlara hazır idilər.

Tərtər rayonunun təmas xəttində yaşayan kənd sakinləri sentyabrın 27-də səhər saat 7:00 radələrində Ermənistan tərəfindən raketlərinin atıldığını bildirdilər.

“Biz hər zaman atəş səsləri eşidirik, amma bu fərqli şey idi. Onlar fasiləsiz atəş açmağa başladılar və biz hamımız qorxduq”, - Tərtərdə cəbhənin təmas xəttindən cəmi 500 metr məsafədə yaşayan 59 yaşlı Gülbəniz Bədəlova belə söyləyib.

Azərbaycan mülki əhalisini qoruduğunu bildirərək tez bir zamanda bu hücuma cavab verdi.

“Onlar mülki insanlara hücum etməyə başladılar və biz əks-hücuma keçirməyə məcbur olduq”, deyə H. Hacıyev vurğuladı.

Azərbaycan ordusu artıq cənubda İranla sərhəd boyunca yerləşən dörd rayonun bir hissəsini geri qaytarıb və Ermənistanla Dağlıq Qarabağ arasında mühüm tədarük yolu hesab olunan Laçın dəhlizinə yaxınlaşıb.

Ancaq məlumdur ki, bu, Azərbaycan ordusuna heç də asan başa gəlməyib. Bakı hərbi itkilərlə bağlı məlumatları dərc etməyib. Rəsmi məlumatlara görə, Ermənistan tərəfindən endirilən raket zərbələri nəticəsində Azərbaycandan ən azı 65 mülki şəxs ölüb.

İ. Əliyevə və Azərbaycan ordusuna ictimai dəstək davam edir.

Qarabağdan məcburi köçkün düşmüş və Tərtərdə məskunlaşmış bir çox azərbaycanlı ailələr Ermənistan tərəfindən işğal olunmuş ölkənin bütün ərazilərinin işğaldan azad edilməyincə məmnun qalmayacaqlarını bildiriblər.

“Bu, kifayət deyil”, - 43 yaşlı Zərifə Süleymanova Azərbaycanın qaytarmalı olduğu rayonların adlarını sadamaqdan əvvəl bildirdi.

“Bizim çox mərd oğullarımız var. Bu, çox vaxt aparmaz”, deyə Z.Süleymanova fikrini tamamladı.

Ermənistanın silahlı qüvvələrinin raket hücumu nəticəsində dağıdılan, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yerləşən ev.