Messi dəqiq qol ötürmələrinin sayında Ronalduya bir qədər də yaxınlaşdı

12:20 29-10-2020 369

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messinin Çempionlar Liqasının qrup mərhələsində “Yuventusa”a qarşı oyunda Usman Dembeleyə verdiyi ötürmə onun ÇL tarixində 35-ci dəqiq qol ötürməsi olub.

Bu barədə “Opta Sport” məlumat yayıb.

Argentinalı ulduz futbolçu bu göstəricidə yalnız Kriştianu Ronaldudan geri qalır.

Portuqaliyalı bu günə qədər ÇL-da meydana çıxdığı oyunlarda 38 qol ötürməsi ilə fərqlənib.

Qeyd edək ki, ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Yuventus” – “Barselona” oyununda qonaqlar 0:2 hesabı ilə qalib gəliblər.