Fransada bir gün ərzində ikinci bıçaqlı hücum - VİDEO

17:20 29-10-2020 416

Fransanın Avinyon şəhərində əlində bıçaq tutan kişi polislərə xəsarət yetirməyə cəhd göstərib.

“RİA Novosti” agentliyi bu barədə Fransa mətbuatına istinadən xəbər yayıb.

İlkin məlumata görə, ona hüquq-mühafizə orqanları tərəfindən atəş açılıb.

Hadisə ilə əlaqədar hələlik geniş məlumat verilməyib.

Xatırladaq ki, bu gün Fransanın Nitsa şəhərinin mərkəzində yerləşən Notr-Dam Kilsəsində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

Hadisə nəticəsində üç nəfər həyatını itirib.