Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı - FOTO

01:20 01-11-2020 425

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinə Braziliya vətəndaşı, San Paulo ştatında yaşayan 10 yaşlı Marlon adlı bir gəncdən “Əsgərə məktub” layihəsi çərçivəsində, şanlı Azərbaycan ordusunun əsgərlərinə ünvanlanmış məktub daxil olub.

Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, məktubda o, Azərbaycan döyüşçülərini salamlayaraq, onlara gedən müharibədə hər bir şəxsin və hər bir yaxşılığın müdafiə edilməsini arzulayıb.

Qeyd olunub ki, o şirniyyat almaq üçün ona verilən pullara qənaət edib və istərdi ki, əsgərlərimiz bu pula özlərinə şirniyyat alsınlar. Məktuba 30 real (6 ABŞ dolları) pul vəsaiti əlavə olunub.

Uşağın anası məktubu yekunlaşdıraraq, bu kiçik vəsaitin sevgi ilə göndərildiyini və Marlonun hər gecə Azərbaycan xalqı və əsgərləri üçün dua etdiyini bildirib. Sonda “Bütün sevgi, hörmət və ehtiramımızı sizə göndəririk” sözləri yazılıb.

Qeyd edək ki, Braziliyada 100 mindən artıq erməni yaşadığı halda heç bir vətəndaşımız və soydaşımız yaşamır və bu sırf yerli insanlar tərəfindən Azərbaycan ordusuna dəstək vermək üçün atılan addımdır.