Hərbçimiz 28 il sonra Şuşadakı evinə yollandı: “Evin yiyəsi gəldi” - VİDEO

00:20 13-11-2020 498

Azərbaycanlı hərbçi 28 ildən sonra işğaldan azad edilən Şuşa şəhərindəki evinə gedib.

Bu barədə sosial şəbəkələrdə video yayılıb.

Videoda müzəffər Azərbaycan ordusunun hərbçisi işğaldan azad edilən Şuşa şəhərindəki evlərinin girişində “evin yiyəsi gəldi” fikrini səsləndirib. Tarixi ədaləti bərpa edən Azərbaycan ordusunun hərbçisi bu sözlərlə bütün dünyaya da mesaj verib.

Azərbaycan əsgəri Şuşaya – ata-baba yurduna qayıdıb, hərbçimizin dediyi kimi: “evin yiyəsi gəlib”.