Putin Türkiyənin Qarabağ məsələsindəki fəaliyyətindən danışdı - VİDEO

23:00 17-11-2020 534

“Dağlıq Qarabağ məsələsində Türkiyəyə istənilən qiyməti vermək olar, ancaq onu beynəlxalq hüququ pozmaqda günahlandırmaq olmaz”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Yeri gəlmişkən, Türkiyə əvvəldən Qarabağ məsələsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun üzvü olub. Odur ki, Türkiyə tənzimlənmə üzrə beynəlxalq institutun, beynəlxalq mexanizmin daxilində olub”, - deyə V.Putin bildirib.