19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim” - VİDEO

07:20 24-11-2020 37

Torpaq uğrunda ölən varsa, Vətəndir. Uğrunda ölməyə hazır olduğumuz torpağı düşmən tapdağından vuruşa-vuruşa, qanımız axıdaraq azad etdik.

19 yaşlı Misir Axundov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müharibənin beşinci günündə yaralanıb və ağır şəkildə xəstəxanaya çatdırılıb. Torpaqları işğaldan azad edən müzəffər ordunun hər bir fərdi kimi o da bu döyüşlərdə iştirak etməyindən qürur və fərəhlə danışır. Tək təəssüf etdiyi məqam isə bu şanlı mübarizədə axırıncı günə kimi iştirak edə bilməməsi, əsgər yoldaşlarının yanında olmamasıdır. 

Elcan Vahabzadə də torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan gənclərdəndir. Döyüşlər başlayan vaxt o, Gölgöldəki hərbi hissədə 3 ay idi ki, xidmət edirdi. Sentyabrın 27-dən başlayan Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə iştirak edən əsgərimiz Kəlbəcər istiqamətində yaralanıb. 

Azərbaycan Televiziyası hər iki qazimiz haqqında süjet hazırlayıb. 

Həmin süjeti təqdim edirik: