“Qarabağ”a ən məhsuldar klubların “Top-10” siyahısına düşməyə iki qol çatmayıb

10:00 24-11-2020 37

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə fərqlənən 10 ən yaxşı komanda müəyyənləşib.

Cədvələ Niderland “Ayaks”ı başçılıq edir. Amsterdamlılar hər matçda 4,11 top vurur. Qətər  təmsilçisi “Əl-Sədd” orta hesabla hər görüşdə dörd dəfə fərqlənir. İlk “üçlüy”ü Şimali Makedoniya təmsilçisi “Sileks” tamamlayır. 

Azərbaycan Premyer Liqasında son üç oyunun hərəsində altı qol vurmaqla yüksək məhsuldarlıq nümayiş etdirən “Qarabağ” dünyanın “Top-10”na yaxın göstəriciyə imza atıb. Keçirdiyi doqquz matçda 26 dəfə fərqlənən ağdamlıların orta məhsuldarlığı 2,89-dur. Qurban Qurbanovun yetirmələrini ən yaxşı 10 komanda sırasına düşməkdən iki qol ayırıb. Ağdamlılar 28 qol vursa idi, cədvələ daxil ediləcəkdi.

Dünyanın ən məhsuldar 10 klubu
1. “Ayaks” (Niderland) – 4,11 (9 oyun/37 qol)
2. “Əl-Sədd” (Qətər) – 4,00 (6/24)
3. “Sileks” (Şimali Makedoniya) – 3,75 (4/15)
4. “Bavariya” (Almaniya) – 3,50 (8/28)
5. “Bodo Qlimt” (Norveç) – 3,40 (25/85)
6-7. “Zalsburq” (Avstriya) – 3,25 (8/26)
“Slaviya” (Çexiya) – 3,25 (8/26)
8. “Dinamo” (Xorvatiya) – 3,20 (5/16)
9. “Paxtakor” (Özbəkistan) – 3,10 (21/65)
10. “Lion” (Sinqapur) – 3,10 (10/31)