Çin hökuməti vətəndaşlara müraciət etdi: Uşaq dünyaya gətirin

07:00 25-11-2020 304

Çin hökuməti doğum nisbətinin azaldılması siyasətini korrektə etməyə qərar verib.

Bu barədə “China Daily” xəbər yayıb.

Bildirilir ki, millətin qocalmasına və işçi qüvvəsinin azalmasına qarşı mübarizə çərçivəsində ölkə vətəndaşlarından daha çox uşaq dünyaya gətirmək istəniləcək.

Hazırda mütəxəssislər əvvəlki siyasətin yumşaldılmasını müzakirə edirlər. Xüsusən ailələrdə üç uşağa icazə verilməsinin mümkünlüyü, ya da doğum məhdudiyyəti siyasətinin tamamlilə ləğv edilməsi məsələsinə baxılır.