Bədənin yarısını itirməyinə baxmayaraq, nişanlanıb və özünə iş tapıb

07:20 25-11-2020 359

ABŞ-ın Montana ştatının sakini, 19 yaşlı inşaat işçisi Loren Şoures körpüdən yıxılaraq yük avtomobilinin altında qalıb.

“Daily Star” xəbər verir ki, cərrahlar onun həyatın xilas etməkdən ötrü L.Şoresin bədənin aşağı ətraflarını və bir qolunu amputasiya etmək məcburiyyətində qalıblar.

Həkimlər hətta əməliyyatdan əvvəl onun sevgilisinə oğlanın sağ qalmayacağını deyiblər.

Lakin həkimlərin fədakarlığı nəticəsində gənc oğlanın həyatda qalması mümkün olub.  

Bu hadisə sevgililəri o qədər yaxınlaşdırıb ki, onlar nişanlanmaq qərarına gəliblər.

Üç ay xəstəxanada yatdıqdan sonra L.Şoures evə qayıdıb.

Qeyd olunur ki, L.Şoures fiziki qüsurunun olmağına baxmayaraq, protezlərin vasitəsi ilə kənar müdaxilə olmadan hərəkət edir, hətta pul qazanmağın da yollarını axtarır.

Belə ki, 19 yaşlı oğlan sosial şəbəkələrdə müxtəlif verilişlərin aparıcılığı ilə məşğuldur.