Paşinyan itkin hərbçilərin yaxınlarına da məhəl qoymadı: Polis müdaxilə etdi - VİDEO

00:40 27-11-2020 526

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etiraz dalğası getdikcə alovlanır.

Bu dəfə Qarabağda gedən döyüşlərdə yaxınları itirmiş şəxslər baş nazirin avtomobil karvanının yolunu kəsməyə cəhd ediblər.

Bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.

İtkin hərbçilərin yaxınları Nikol Paşinyanla danışmağa cəhd göstərsələr də, polis onlara mane olub.

Ölkəsi üçün belə bir ağır məqamda Nikol Paşinyan güc strukturları vasitəsilə özünü xalqdan qorumağa davam edib. O, müxalifətçilərlə olduğu kimi, döyüşlərdə yaxınlarını itirən şəxslərlə də üz-üzə gəlməyə cəsarət etməyib.

Nikol Paşinyanın xalqdan qaçıb-gizlənməsi isə erməni cəmiyyətində ona qarşı nifrət və qəzəb dalğasını daha da genişləndirir.

Bu səbəbdən də Paşinyan xalq arasına çıxmaqda maraqlı deyil. O, hətta erməni əsgərlərə “dua etmək” üçün getdiyi kilsəni belə boşaltdırıb, orada vətəndaşların olmasına icazə verilməyib.

Belə olan halda isə Nikol Paşinyanın avtomobil karvanına növbəti hücumlar istisna edilə bilməz.

“Xalqın seçimi” kimi “inqilab”la hakimiyyətə gələn Nikol Paşinyan isə verdiyi demokratik vədləri çoxdan unudub və öz xalqına qarşı diktator düşüncəsi ilə davranmağa davam edəcək.

Görünür Ermənistanda hələ Nikol Paşinyandan hesab soruşmaq istəyən çox insanlar ona hücum edəcək, o isə hər dəfə bu hücumlara xalqının anladığı dildən cavab verəcək.