Məşhur filmdə Conni Deppi əvəz edəcək aktyorun adı açıqlandı - FOTO

06:00 27-11-2020 515

“Fantastik varlıqlar və onların məskəni” (“Fantastic Beasts and Where to Find Them”) filminin üçüncü hissəsində Hollivud ulduzu Conni Deppin əvəzedicisi rəmi şəkildə açıqlanıb. Filmdə “sehrbaz Qrin de-Vald” obrazını danimarkalı aktyor Mads Mikkelsen oynayacaq.

“IndieWire”nin məlumatına görə, “Warner Bros.” bununla bağlı press reliz yayıb.

Bildirilir ki, roldan məhrum edilən Conni Depp cəmi bir günlük çəkiliş üçün on milyon dollar qonorar alacaq.

Qeyd edək ki, keçmiş arvadı Ember Herd ilə qalmaqaldan sonra Depp “Fantastik varlıqlar və onların məskəni” filminin növbəti hissəsində qara sehrbaz rolundan məhrum edilib. Aktrisa iddia edirdi ki, Depp ona qarşı fiziki zorakılıq tətbiq edib, bu barədə “The Sun” nəşri məlumat verib. Depp nəşri böhtanda ittiham edərək, məhkəməyə versə də, uduzub.

Filmin təqdimatı 2022-ci ilin iyul ayının 15-nə təyin olunub.