Moskvada koronavirusa yoluxanlara təcili yardım taktikası dəyişir - FOTO

04:20 28-11-2020 355

Moskva təcili tibbi xidmət briqadaları bundan sonra ancaq ağciyər toxumaları 50 faizdən çox zədələnən xəstələri qəbul edəcək.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Buna səbəb kimi yoluxmaların sayının kəskin artması ilə əlaqədar təcili yardım xidmətlərinin  gərgin işləməsi, çağırışların sayının həddindən artıq çox olması göstərilib. Yeni tədbirlərin bu yükü azaldacağı düşünülür.

Bundan sonra xəstələr birbaşa kompüter tomoqrafiyasına aparılacaq, orta ağır və ya ağır sətəlcəm forması göstərərsə, o zaman xəstə klinikaya yerləşdiriləcək.

Əgər pasiyent yataq xəstəsi deyilsə, COVID-19-la yanaşı xəstəliyi yoxdursa, ağciyərlərin süni tənəffüs cihazına qoşmaq lazım deyilsə, o zaman onlar evdə müalicə almalı olacaqlar.

Bundan əvvəl ağciyər toxumaları 25 faiz zədələnən xəstələr xəstəxanaya yerləşdirilirdilər.