Ozan Korkut: “Azərbaycansız “Qalatasaray” düşünə bilmirəm” - VİDEO

14:40 28-11-2020 483

“Qalatasaray”da pandemiya səbəbindən 2021-ci ilin may ayına keçirilən prezident seçkilərində əsas namizədlərdən biri olan Ozan Korkut “CBC Sport” telekanalında yayımlanan “Türkiyədən futbol” verilişinin qonağı olub.  

Verilişdə “Cim-Bom”dakı ümumi vəziyyəti dəyərləndirən Korkutun Azərbaycanla bağlı səsləndirdiyi fikirlər böyük marağa səbəb olub.

“Qalatasaray”sız Azərbaycan, Azərbaycansız da “Qalatasaray” düşünə bilmirəm. Gələcəkdə hədəfimiz aşağı yaş qrupları üzrə məktəblər açaraq, qardaş ölkədəki istedadlı futbolçuları həm Azərbaycana, həm də “Qalatasaray”a qazandırmaqdır” –, deyə Ozan Korkut bildirib.

Qeyd edək ki, “Qalatasaray” klubu bu yaxınlarda II Qarabağ Müharibəsində şəhid olmuş iki hərbçimiz – Fərid Dursunov və Murad Məmmədovla bağlı sosial media hesablarında paylaşım etmişdi. İstanbul klubu hər iki şəhidin “Qalatasaray” sevgisini yüksək dəyərləndirdiyini açıqlamışdı.

Səbuhi Musayev