“Fənərbaxça” klubu şəhid Niyamin Niftalızadənin məzarını ziyarət edib - FOTO

15:20 28-11-2020 412

Türkiyənin “Fənərbaxça” futbol klubu İkinci Qarabağ müharibəsi iştirakçısı şəhid Niyamin Niftalızadənin məzarını ziyarət edib.

Bu barədə klubun rəsmi internet səhifəsində məlumat dərc olunub.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədə şəhid olan azərbaycanlı tərəfdar Niyamin Niftalızadənin məzarına “Fənərbaxça” forması və sarı-mavi buketlər qoyulub.

“Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı diləyirik”, - deyə məlumatda qeyd edilib.