Cəbrayıldan Los-Ancelesə: Yəhudi əsilli məcburi köçkünün atasını ermənilər döyüb, nifrəti heç vaxt anlamayıb

11:20 29-11-2020 433

“Times of İsrael” saytında Qafqaz, Balkanlar, Yaxın şərq üzrə yazar Daniel Edelsteynin Qarabağa həsr olunmuş məqaləsi yayımlanıb.

O bildirib ki, sentyabrın sonundan Qarabağ münaqişəsi ilə bağlı xəbərləri izləyib.

Bloqer “Cəbrayıldan Los-Ancelesə: bir yəhudi əsilli məcburi köçkünün həyat hekayəsi” sərlövhəli məqaləsində şərti olaraq Telli Məmmədova adlı yəhudi əsilli bir azərbaycanlının həyat hekayəsini təqdim edib.

Məqalədə qadının simasında bir insanın erməni işğalından, münaqişədən necə əziyyət çəkdiyi oxuculara çatdırılıb.

Birinci Qarabağ Müharibəsi pik nöqtəyə çatan zaman onun üç yaşı var idi. Tellinin ailəsi Bakıda məcburi köçkün düşərgəsində yerəşdirilir. Sonra beş gün qatarla Çeçenistanla Belarusa gediblər.

Ailə daha sonra ABŞ-a köçür. Onun atası orada balaca bir dükan açır. Ancaq emənilər orada da onlara hücumlar edir. Onlar dükana “çıxın gedin şəhərdən, çirkli azərbaycanlılar” deyə yazmışdılar. 

Məşhur bir rus restoranında Yeni il gecəsini qeyd edən zaman bir neçə erməni kişi atasını küncə sıxışdırıb dəmir parçası ilə döyüb, sonra isə qaçıblar. Uşaq ikən kiminsə atasına niyə bu qədər nifrət etməsini anlaya bilməyib.

Cəbrayıl İranla sərhəddə yerləşən bir şəhərdir. 

Tellinin atasıgil orada yaşayan zaman şəhərin 50 min sakini var imiş. Ermənilər Azərbaycan torpağını işğal edir və bir milyondan çox şəxs qaçqın düşür. 

Yazar məqalədə ermənilərin Azərbaycan xalqına qarşı etdikləri vəhşiliyin qarşısında ordumuzun hərbçilərinin işğaldan azad olunmuş Ağdam rayonundan köçən ermənilərə əşyalarını daşımaqda kömək etmələrindən də yazıb. 

Məqalə barədə daha geniş buradan tanış ola bilərsiniz.