Bakıda şəhidin ailəsinin yaşadığı küçədə acınacaqlı vəziyyət - FOTO

17:20 29-11-2020 383

Suraxanı rayonu ərazisində yol bərbad vəziyyətdədir.

Bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova “Facebook” sosial şəbəkəsində paylaşıb.

“Bura Suraxanı rayonu, Hövsan kəndi, Bağça küçəsi, məhəllə 73 ünvanıdır. Gördüyünüz bu küçədə Vətən Müharibəsində, Qarabağ döyüşlərində şəhid olmuş Mərdanov Vaqif Ədalət  oğlunun ailəsi yaşayır.

Aidiyyəti qurum guya şəhid ailəsinə jest edərək, evinə gedən yola asfalt çəkib. Asfalt da nə asfalt... Alayarımçıq. Bu insanlar asfaltlanmış yola paraşütlə düşüb gəlməlidir, ya təyyarə ilə? Ayıbdır, vallah, ayıb!”, - deyə  o qeyd edib.