Melaniya Trampın Ağ Evlə bağlı xatirələri kitab olacaq

17:40 29-11-2020 324

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdəki həyatı haqqında xatirələrini yazmağa qərar verib.

Bu barədə “Page Six” xəbər yayıb.

Qeyd olunur ki, o, kitabın yazılması ilə bağlı artıq məsləhətləşmələr aparıb.

Vurğulanır ki, ABŞ Prezidenti Donald Tramp onun təşəbbüsünü dəstəkləyib.