Bakıda iki azyaşlı hovuza düşdü

18:00 29-11-2020 353

Bakıda iki azyaşlının su hovuzuna düşdüyü bildirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda iki nəfər azyaşlının su hovuzuna düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.