Bakıda beşmərtəbli binada yanğın olub

19:20 29-11-2020 322

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 2500 m² olan (hər mərtəbəsi 500 m²) beşmərtəbəli binanın (qeyri-yaşayış təyinatlı) üçüncü mərtəbəsində sahəsi 200 m² olan otağın yanar konstruksiyaları 150 m² sahədə və içərisində olan mətbəx ləvazimatları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.