Bayden iti ilə oynayarkən yıxılıb xəsarət aldı

02:40 30-11-2020 382

ABŞ-da keçirilən prezident seçkilərində qələbəsini elan edən Co Baydenin ayağı burxulub. 

“RİA Novosti” xəbər verir ki, bununla bağlı ona yaxın jurnalistlər məlumat yayıb. 

Bildirilib ki, Bayden şənbə günü iti Maycer ilə oynayarkən ayağı sürüşüb, yıxılıb və xəsarət alıb.

O, dərhal həkim-ortopedin yanına aparılıb.