Bakıda ikimərtəbəli yaşayış binası yanır - FOTO

04:40 30-11-2020 334

Paytaxtın Nəsimi rayonunda yanğın başlayıb.

Baku TV xəbər verir ki, hadisə Bəşir Səfəroğlu küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Yaşayış binasının dam örtüyündə başlayan yanğın qısa zamanda digər binaya da keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Kamil Əmirli