SOCAR 2 500-ə yaxın şəxsə maddi yardım göstərib

18:40 03-12-2020 824

2019-cu ildə SOCAR tərəfindən göstərilən maddi yardımların miqdarı, yardım alan şəxslərin sayı, yardımın xarakteri və dairəsi açıqlayıb.

Bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

Belə ki, şirkət ümumilikdə 2 min 449 şəxsə cəmi 15 milyon 146 min manat həcmində maddi yardım göstərib. 

Belə ki, vəfat etmiş işçinin ailə üzvlərindən birinə ödəniş edilməklə 161 nəfərə cəmi 620,7 min manat həcmində, eləcə də, ailə üzvü vəfat etmiş 1 318 işçiyə 1 milyon 233,5 min manat həcmində maddi yardım edilib. Həmçinin, Qarabağ müharibəsi və 20 Yanvar hadisələrində həlak olmuş işçinin 18 (əyani təhsil alırsa 23) yaşına çatanadək uşaqların hər birinə ayda ödəniş edilməklə 11,7 min manat həcmində maddi yardım göstərilib.  

Vəfat etmiş işçinin azyaşlı uşaqlarına 18 (əyani təhsil alırsa 23) yaşınadək hər birinə ayda ödəniş edilməklə 915 nəfərə 5 milyon manat həcmində maddi yardım edib.    

SOCAR bu dövr ərzində 8 milyon 270,8 min manat həcmində xeriyyə, sosial və sponsor yardımlarına ödəniş edib.

Xeyriyyə, sosial və sponsor yardımının böyük bir qismi, yəni, 4 milyon 865,1 min manatı maliyyə assosiasiyaları və həmkarlar ittifaqlarına, 1 milyon 380,4 min manatı idmana, 1 milyon 240,6 min manatı fərdlərə görə göstərilən maddi yardımlara, 771 min manatı təhsilə, 13,9 min manatı əmək qabiliyyətinin itirmiş veteran və işçilərə ayırılıb.  

Nigar Məmmədova