Çavuşoğlu: “ABŞ-la S-400 probleminin sanksiya təhdidi olmadan, dialoqla həllinə ümid edirik”

23:40 03-12-2020 457

Türkiyə XİN ABŞ-ın yeni prezident administrasiyasının dialoq yolu ilə Rusiyanın S-400 zenit raket komplekslərinin alınması ilə bağlı yaranmış problemi həll etməyə hazır olacağını gözləyir.

TASS-ın məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“S-400-lərlə bağlı vəziyyət əvvəlki administrasiya dövründə başladı. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Donald Tramp səmimi dialoq apardılar və bütün problemləri müzakirə etdilər. Biz ABŞ-a NATO-nun cəlb edilməsi ilə işçi qrup yaratmağı təklif etdik, lakin onlar bizim təklifimizdən imtina etdilər. Biz ümid edirik ki, bu və ya yeni administrasiya sanksiyalarla təhdid etmədən, bütün problemləri dialoq yolu ilə həll etməyə hazır olacaq”, - deyə M.Çavuşoğlu bildirib.