Azərbaycanın daha bir futbol klubunda kütləvi koronavirusa yoluxma aşkarlandı

13:20 04-12-2020 330

“Sabah” futbol klubunda da koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Klubdan HerGun.Az-a məlumat verilib ki, səkkiz futbolçuda koronavirus aşkarlanıb.

Bunlar Coşqun Diniyev, Nikola Vuyadinoviç, Yevgeni Koçuk, Xulio Rodriqes, Ozan Can Kökçü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembadır. Bunlardan Coşqun, Koçuk və Xulioda “Keşlə” ilə matçdan öncə koronavirus aşkarlanmışdı. Digər beş futbolçunun testinin pozitiv çıxması isə yenicə məlum olub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqa klublarında koronavirusa kütləvi yoluxma halı qeydə alındığından, bu həftə sonu baş tutmalı olan üç matç təxirə salınıb. Bunların arasında sabah baş tutmalı olan “Sabah” – “Neftçi” matçı da var. 

Səbuhi Musayev