Şəhid Şakir Qasımovun hər kəsi göz yaşına boğan sözləri: “Mən şəhid olmasam, oğlum olar” - VİDEO

15:00 04-12-2020 30

Yüzlərlə əsgərin həyatını xilas edərək, şəhid olan qəhrəmanı heç kim unutmayacaq. Baş leytenant, tibb xidməti rəisi Qasımov Şöhrət Şakir oğlu Vətən Müharibəsinin ən cəsur qəhrəmanlarından biridir.  

Müharibənin ilk günlərində Tərtər istiqamətində gedən döyüşlərdə igidlik nümayiş etdirib. Neytral əraziyə girərək, yüzlərlə yaralı əsgərimizi xilas edib.

Döyüşlərdə bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alan Ş.Qasımov bir qulağının eşitməsini də tamamilə itirir. Hərbi hospitala gətirilsə də, “burada uzanmaqdan utanıram” deyərək döyüş bölgəsinə geri qayıdıb.

Yaralı əsgərlərə kömək etmək üçün könüllü dəstə yığaraq, yola düşən qəhrəmanımız Suqovuşanda düşmən tankı ilə üz-üzə gəlir. Yoldaşlarına xəbər vermək üçün havaya atəş açan Ş.Qasımov düşmənin iki əsgərini məhv edərək, əsgər yoldaşlarının həyatını xilas edib və  xalqımızın qəlbində silinməz iz qoyub...

Oğluna şəhid Murad Mirzəyevin adını verən şəhid Şakir Qasımov döyüşə getməzdən əvvəl həyat yoldaşına “mən şəhid olmasam, oğlum şəhid olar” deyib, övladlarını ailəsinə tapşırıb, Vətənini qorumağa yollanıb...

Şəhidimizin vətənə əmanət iki övladı qalıb.

Allah rəhmət eləsin!