SOCAR-ın 500 əməkdaşı Vətən müharibəsində iştirak edib - FOTO

15:40 04-12-2020 630

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Vətən müharibəsində 500-ə yaxın nəfər iştirak edib, 6 nəfər şəhid olub. 

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İkinci Qarabağ Müharibəsində şəhid olan əməkdaş Cabbarov Şahgündüz barədə məlumatda qeyd edib.

“Mənim nəzərimdə onlar ən xoşbəxt insandırlar. Onlar həyatın mənasını dərk edib, Allahın verdiyi bu həyatı boş-mənasız işlərə yox, haqq yoluna sərf ediblər.

Ancaq iki məsələyə görə ürəyim sıxılır: Onların əzizlərinin ürək ağrısını sanki hiss edirəm. Bir də onların şəkillərini görəndə narahat oluram, heyf ki onlarla bir sırada mən ola bilmədim.
Deyirlər, o dünyada insan çox istədiyi insanlarla bir yerdə olacaq. Onsuz da bu omür bir göz qırpımıdır. Tezliklə görüşənədək, igidlər!”, - İ. Əhmədovun paylaşımında qeyd olunur.

O, Şahgündüzün sosial media hesabında paylaşdığı fikirləri izləyiciləri ilə bölüşüb.