Azərbaycan dənizçiləri şəhidləri anım dəqiqəsinə qoşulublar - FOTO/VİDEO

17:40 04-12-2020 30

Dekabrın 4-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar. Gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 3-də Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.