Türkiyədə “Survivor 2021” yarışmasına qatılacaq məşhurlar məlum olub - FOTO

18:20 04-12-2020 494

Türkiyədə “Survivor 2021” yarışmasına qatılacaq məşhurların adlarının açıqlanması maraqla gözlənilir.

Haberler.com məlumat verir ki, proqramın təşkilatçısı Acun Ilıcalı məşhur aktyor Camal Hünalın fotusunu paylaşaraq, ona “izsiz adam, izsiz ada” qeydini yazıb.

“İzsiz Adam” filmi ilə şöhrət qazanan aktyorun performansı indidən marağa səbəb olub.

Nə zaman başlayacağı bilinməyən yarışmada “Masterchef Türkiye”də yarışan Cəlal Sarıgülün də iştirak edəcəyi deyilir.