İlham Zəkiyev Polad Həşimovun anasını ziyarət etdi - FOTO

20:40 06-12-2020 437

İkiqat Paralimpiya oyunları çempionu İlham Zəkiyev general-mayor Polad Həşimovun anası Səmayə xanımı ziyarət edib. 

İdmançı bu barədə sosial media hesabında paylaşım edib. 

O, paylaşımında qeyd edib: 

“2020-ci ilin iyul təxribatı zamanı şəhid olmuş generalımız Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdiyində mənə “İlham, generalımız şəhid oldu, amma nə bir kənd, nə bir rayon azad etdik” demişdi. Bu dəfə ziyarət etdiyimdə “Səmayə xala, hər şey elə o gündən başladı” dedim. Allah ordumuzu, xalqımızı qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”