Cəbhədə erməni təxribatlarının sayı daha da arta bilər - Düşmən yenə iş başında

09:09 30-07-2019 983

İyulun 28-i saat 22 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi sanitar avtomobilimiz atəşə . Hərbi sanitar - təcili yardım maşınına atəş açmaq və həkimlərin normal fəaliyyətinin qarşısını almaq isə hərbi cinayətdir.

Bu fikirləri HerGun.Az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. 

O bildirib ki, bu həm mənəvi, həm də döyüş qaydaları baxımından qəbulolunmazdır:

“Əslində cəbhədə, yəni qoşunların təmas xəttində heç vaxt atəşkəs olmur. Həm atəş açılır, həm də digər zəruri addımlar atılır.

O ki qaldı son günlər sərhəddə ermənilərin təxribat xarakterli hərəkətlər etməsinə, burada da əsl məqsəd məlumdur. Yəni münaqişənin həlli ilə bağlı müəyyən addımlar atıldıqda və ya atəşkəslə bağlı razılaşma əldə olunduqda xarici qüvvələrə və separatçılara xidmət edən erməni komandirlər, siyasətçilər dərhal cəbhədə təxribatlara əl atırlar. Əsas niyyət isə münaqişənin nizamlanmasının qarşısını almaqdır”.

Ekspertin sözlərinə görə, yaxın zamanlarda münaqişə bölgəsində erməni təxribatlarının sayı daha da arta bilər.

Samir İsayev