ABŞ-da son 24 saatda koronavirusa 200 mindən çox yoluxma

06:20 31-12-2020 382

ABŞ-da son sutka ərzində koronavirusa 201 555 yeni yoluxma qeydə alınıb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

ABŞ-da pandemiyanın əvvəlindən bu yana ümumilikdə 19.5 milyon insan yoluxub.

Xatırladaq ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 338 mini keçib.