ABŞ-da tibb işçisi qəsdən 500 doza COVID-19 peyvəndini məhv etdi

07:40 01-01-2021 309

ABŞ-ın Viskonsin ştatında “Aurora” tibb mərkəzinin əməkdaşı 500 doza “Moderna” koronavirus peyvəndini bilərəkdən məhv edib.

Bu barədə  WBAY telekanalı klinikaya istinadla məlumat yayır.

Hadisə Qrafton şəhərində baş verib.

Bildirilir ki, tibb mərkəzinin işçisi soyuducudan 57 paket peyvənd çıxarıb və geri qaytarmayıb. Düzgün saxlanılmadığı üçün 500 dozadan çox peyvənd atılmalı olub.

Araşdırma zamanı həmin şəxs bunu qəsdən törətdiyini etiraf edib. Onun adı və hadisənin detalları açıqlanmır.

Xəstəxanadan bildiriblər ki, həmin şəxs artıq onların əməkdaşı deyil və yüzlərlə insanın peyvənd olunmasında gecikmədən kədərlənirlər.