Niyam Salami: “Pulsuzluqdan əziyyət çəkirəm”

16:20 04-01-2021 507

Müğənni Niyam Salami maddi sıxıntı yaşadığını deyib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda “Hüseynova bacıları” verilişində danışıb.

O bildirib ki, heç yerdən gəliri yoxdur:

“İstəsəydim, ansambl yığıb, toylara gedib, vaxtında yaxşı pullar qazanardım. Amma mən ürəyim istəyən mahnını oxumaq istədim. Kişi olasan, evdə qalasan. Çox əziyyət çəkirəm, bilmirəm nə olacaq. Pulsuzluqdan, təklikdən əziyyət çəkirəm. Niyə yalan danışım? Pulum yoxdur”.