“Netflix” Cənubi Koreyada iki yeni studiya açır

09:00 08-01-2021 39

“Netflix” Koreya filmləri və seriallarının istehsalını artırmaq üçün Seul yaxınlığında iki istehsal müəssisəsini icarəyə götürüb.

Bu barədə “Variety” xəbər verib.

Yeni studiyalarla şirkət Cənubi Koreyadan daha da çox möhtəşəm hekayələr istehsal etməyi  planlaşdırır.

“Netflix” iddia edir ki, 2015-2020-ci illər arasında 80-dən çox şou daxil olmaqla Koreya kontenti üçün təxminən 700 milyon dollar xərcləyib.

Yeni icarəyə götürülən müəssisələrdə həyata keçiriləcək layihələr arasında əvvəllər elan edilmiş İspaniyanın məşhur “La Casa de Papel” serialının Koreya adaptasiyası, həmçinin hazırda istehsal və ya inkişaf mərhələsində olan digər filmlər yer alır.